Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Serbiya mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Fransada keçiriləcək Avropa Çempionatının final mərhələsini izləmək üçün sözügedən ölkəyə gedəcəyini bildirib.

Təcrübəli çalışdırıcı 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqiblərimiz olan Almaniya, Çexiya və Şimali İrlanidiyanın oyunlarına xüsusi diqqət etməli olduğunu deyib: “Fansaya getməyə hazırlaşıram. Avropa çempionatını izləyəcəm. Rəqiblərimizin oyununa baxmaq mütləqdir. Məncə, hər şey yaxşı olacaq. Fransada təhlükəsizliyin təmin olunmasında problem yaşanacağını düşünmürəm”.

Shares: