Yaponiyada beynəlxalq "Kirin Cup" turniri start götürüb. Futbolinfo.az xəbər verir ki, Bosniya və Herseqovina yığması turnirdəki ilk oyununda Danimarka ilə qarşılaşıb.

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç də bu oyunda bosniyalıların start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. 

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabıyla başa çatıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Daha dəqiq oynayan bosniyalılar 4:3 hesabıyla qalib gəliblər.

Shares: