"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün ilk transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, sözügedən klub Sumqayıt futbol məktəbinin yetirməsi olan, 2006-cı ildən "Qarabağ"da çıxış edən Fərhad Vəliyevi heyətinə qatıb. Adıçəkilən qolkiper "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb.

Karyerası ərzində "Qarabağ"dan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi" və "İnter"in formalarını geyinmiş Vəliyev 2006-cı ildən bəri 32 dəfə Azərbaycan millisində meydana çıxıb.

Qeyd edək ki, Fərhad karyerası ərzində "Neftçi" (2003/2004) və "Qarabağ"la (2013/2014, 2014/2015, 2015/2016) ümumilikdə 4 dəfə Azərbaycan çempionu olub. O, həmçinin 5 dəfə də Azərbaycan kubokunu başı üzərinə qaldırıb ("Neftçi" 2001/2002, 2003/2004 / "Qarabağ" 2008/2009, 2014/2015, 2015/2016). 

Shares: