UEFA-ya yeni üzv qəbul olunan Kosovo avrokubokların 2016/17 mövsümündə iştirak etməyəcək. Futbolinfo.az xəbər verir ki, buna səbəb klubların lisenziyalaşmanın tələblərinə cavab verməməyidi.
 
Belə ki, UEFA-nın İcraiyyə Komitəsi yeni üzvə turnirə qatılmaq hüququ versə də, zəruri tələbləri yerinə yetirilməsini şərt kimi qoymuşdu. Lakin infrastruktur və maliyyə sistemi lisenziyalaşma tələblərinə cavab verməyən kosovolular qitə kuboklarına buraxılmayıb.
 
Qeyd edək ki, bu ölkəni Çempionlar Liqasında “Ferronikel”, Avropa Liqasında isə “Priştina” təmsil etməli idi. (
Apasport)
Shares: