“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev karyerasında ilk dəfə meydana Azərbaycan millisinin kapitanı kimi çıxacaq. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bu gün Kanada ilə Avstriyada keçirilən yoxlama matçına sarğı ilə çıxacaq 27 yaşlı arxa xətt oyunçusu yığma tarixinə yeni kapitan kimi düşəcək.
O, komandamızın 24 illik tarixində 26-cı kapitan olacaq. Belə ki, bunadək keçirilən 220 matçda 25 futbolçu kapitan kimi meydana çıxmışdı. Söhbət start heyətində yer alıb, sarğını daşıyanlardan gedir.
Qeyd edək ki, millinin kapitanları sırasında rekord 70 dəfə matça sarğı ilə başlayan Rəşad Sadıqpva məxsusdu. Tərlan Əhmədov (41) 2-ci, Nazim Süleymanov (22) 3-cüdü. Millinin Avstriyaya yollanan heyətində Maksimə qədər Rəşad, həmçinin Ruslan Abışov (4) və Kamran Ağayev (1) kapitanlıq funksiyasını yerinə yetirib.