Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev Avstriya toplanışı çərçivəsində Kanadaya qarşı keçirilmiş yoxlama oyununu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:

"Önəmli oyun olduğunu bilirdik. Yaxşı hazırlaşmışdıq. Əvvəlki görüşlərdəki  uğursuzluqları kompensasiya etmək istəyirdik. Komanda yoldaşlarıma da təşəkkür edirəm ki, Makedoniyaya 1:3 hesablı məğlubiyyətdən sonra toparlanmağı bacardılar. Düşünürəm ki, ilk hissədə qol vurmaq üçün daha çox imkanlarımız oldu. Rəqib də güclü komandadı. Bir neçə oyunçuları Avropada çıxış edir. Sevinirik ki, məğlub olmadıq. Bunu seriya halına gətirmək və tsikldə də davam etdirmək lazımdı. Ən vacib məsələ sıx qrafik vaxtı zədələnməmək idi. Çox şükür, bu toplanışı zədəsiz başa vura bildik. Əhval-ruhiyyə yüksək idi, çox gözəl toplanış oldu. Doğrudu, ilk oyunda qalib gələ bilməməyimiz və sonra məğlubiyyət uşaqlara bir az təsir etmişdi, ancaq ümumilikdə toplanış əla keçdi".

Shares: