“Bizim üçün əla sınaq oyunu oldu. Çünki yaxşı komanda ilə qarşılaşdıq”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Kanada yığmasının futbolçusu Skott Erfild deyib.
Avstriya toplanışı çərçivəsində dünən millimizlə yoldaşlıq oyunu keçirən kanadalılar meydanı heç-heçə ilə tərk ediblər. Şimali amerikalıların hesabı açdığı matçda yekun nəticəni Dmitri Nazarovun penaltidən vurduğu qol müəyyənləşdirib – 1:1.
Ölkəsinin mətbuatına görüşlə bağlı fikirlərini bölüşən Erfild maraqlı fikirlər səsləndirib. Kanada yığmasının qolunda məhsuldar ötürmə ilə yada qalan Skott bunları deyib: “Bu toplanış daha çox fiziki, fitnes hazırlığına və psixoloji duruma hesablanmışdı. Baş məşqçinin istədiklərini yerinə yetirdik. Vurduğumuz qol epizodunda Akindelenin yaxşı mövqedə olduğunu görüb, ötürmə verdim. O, əvvəlki formasına yeni qayıdıb. Düşünülmüş hücumu məntiqi sonluğa çatdırdıq. Bu, çox sevindiricidi”.
Qeyd edək ki, “Bernli”nin üzvü olan 27 yaşlı yarımmüdafiəçi bu ildən Kanada millisinə çağırılır.
K
Kanada yığmasının üzvü: “Bu, çox sevindiricidi”
“Bizim üçün əla sınaq oyunu oldu. Ç&uu...
Shares: