“Roma”nın kapitanı Françesko Tottinin karyerasını harada davam etdirəcəyi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi komandasını dəyişməyəcək.
Belə ki, Totti gələn həftə “Roma” ilə yeni müqavilə imzalayacaq. Onun “canavarlar”la sözləşməsinin müddəti 1 illik olacaq.
Yeni anlaşmanın imzalanması mərasimində paytaxt klubunun prezidenti Ceyms Pallotta da iştirak edəcək.
Qeyd edək ki, karyerası ərzində yalnız “Roma”nın formasını geyinmiş Totti doğma klubunda bu vaxta qədər 758 oyunda iştirak edib, aktivinə 304 qol, 190 assist yazdırıb.