Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma komandamız Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və oyun başladığı hesabla bitib. U-21 baş məşqçisi Yaşar Vahabzadə apasport.az saytına müsahibəsində toplanışı dəyərləndirib.
– Təlim-məşq toplanışının gedişindən razı qaldınızmı?
– Hazırlıq prosesi yaxşı keçdi. Lazımi şərait yaradılmışdı. Məqsədimiz yeni cəlb edilən futbolçuları yoxlamaq idi. Pis təsir bağışlamadılar.
– Sloveniya ilə iki oyun keçirdiniz. İlk matçda böyük hesabla yenildiyiniz rəqibi ikinci dueldə məğlub etdiniz. Nəticələr niyə belə tərs mütənasib alındı?
– Sloveniyanın 4:1 hesabı ilə qələbə qazandığı oyunda buraxdığımız qollardan 3-də kobud səhvə yol verdik. Bunun da səbəbləri var. Ölkə kubokunun final oyununda meydana çıxan futbolçular ertəsi gün U-21-ə qoşuldu. 120 dəqiqəlik oyun. Eləcə də uzun yol qət etmək təsirini göstərmişdi. Onlar tam bərpa olunmamışdılar. Həm də hesab oyuna görə olmadı. Çünki bizim də qol vurmaq üçün imkanlarımız az deyildi. Sloveniya ilə ikinci oyuna gəldikdə, heyətdə müəyyən dəyişiklik etdik. Yorğun futbolçuların bərpası üçün də vaxtımız oldu. Əzmkar oyun oldu, yenə imkanlarımızdan tam yararlana bilmədik. Bununla belə, çıxışımızdan razı qaldım. Bosniya və Herseqovina ilə matça gəldikdə, ölkə kubokunun finalını da saysaq, əksər futbolçularımız son 10 gündə 4-cü matçına çıxmış oldular. Mövsümün sonu, üstəlik yoxlama oyunları onları onların yorğun olduğunu göstərdi. Yaxşı oyun nümayiş etdirə bilmədik, amma istək var idi. Uşaqlar çox çalışdılar. Bosniyalı futbolçular da topla yaxşı hərəkət edirlər. Oyunun ikinci hissəsində heyətdə dəyişiklik etdik. Beş müdafiəçi ilə deyil, 4 müdafiəçi ilə oynadıq. Əvəzində yarımmüdafiə xəttini gücləndirdik. Amma ikinci hissənin əvvəlində Orxan Əliyev qırmızı vərəqə aldı və oyunu azlıqda keçirdik. Çətin olsa da, futbolçularımız xarakter nümayiş etdirdilər, sona qədər mübarizə apardılar. Hətta rəqibi əks-hücumlarda yaxalaya bilsək də, yekun istədiyimiz kimi tamamlaya bilmədik.
– Deməli, mövsümün sonu olması hər addımda hiss olunurdu?
– Yorğunluq istər-istəməz hiss olunmalı idi. Elə futbolçular var ki, mövsümün çox hissəsini meydanda keçirib. Buna baxmayaraq, heç kim bura vaxt keçirməyə gəlməyib. Oyunlara ciddi hazırlaşırdılar. İstər komanda, istərsə də fərdi söhbətlər zamanı hər kəsə məsuliyyətini başa salırdıq. Bu oyunların onlar üçün vacib olduğunu, beynəlxalq matçların çempionat oyunlarından fərqləndiyini diqqətlərinə çatdırırdıq.
– Bəs heyətdən kənarda qalan futbolçular oldumu?
– Əlbəttə, tam heyətlə toplaşa bilməmişdik. Zədə və digər səbəblərdən kənarda qalanlar oldu. Yeni cəlb etdiyimiz futbolçulardan Bəhlul Mustafayev iki oyunda meydanda oldu. Ehtiram Şahverdiyevi sınadıq, Avropa çempionatının oyunları zamanı Budaq Nəsirova çox şans verməsək də, bu oyunlarda meydana buraxdıq. Növbəti seçmə mərhələdə U-21-in özəyini təşkil edəcək 6-7 futbolçu var ki, onların nəyə qadir olduğunu iş başında yoxladıq. Bəzilərini oyunlarda istifadə edə bilmədik. Həm də Farer adaları ilə oyunöncəsi bəzi çatışmazlıqlarımız var ki, onları aradan qaldırmağa çalışdıq.
– Üç futbolçu millinin düşərgəsinə yollanmışdı. Onlardan üçü də U-21-ə qoşulmalı idi. Ammma Adil Nağıyev millinin düşərgəsində qaldı. Bu cür dəyişikliklər planlarınız təsir etdimi?
– Üç futbolçunun millinin düşərgəsinə yollanacağını əvvəlcədən bilirdik. Robert Prosineçki ilə bu haqda danışmışdıq. Adilin orda qalması bizi sevindirdi. U-21-in vəzifəsi əsas milliyə futbolçu verməkdi.
Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma komandamız Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və oyun başladığı hesabla bitib. U-21 baş məşqçisi Yaşar Vahabzadə apasport.az saytına müsahibəsində toplanışı dəyərləndirib.