“Daha bir yaxşı oyun sərgilədik. Qol imkanlarımız oldu. Ancaq top qapıdan keçmək istəmirdi”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Darko Nesteroviç deyib.
 
Sloveniya toplanışı çərçivəsində dünən Azərbaycanın U-21 millisi ilə qarşılaşan bosniyalılar qolsuz bərabərliyə razılaşıblar.
 
Matçdan sonra ölkəsinin mətbuatına açıqlama verən Nesteroviç komandasının oyunundan razılığını bildirib. O, söhbət əsnasında millimiz barədə də müsbət fikir səsləndirib: “Komandamın oyunundan razı qaldım. Azərbaycan yığması yaxşı komanda kimi tanınıb. Bunu bir daha göstərdilər. Mən onlara təsnifat mərhələsində uğurlar arzulayıram”.  
Shares: