Futbol üzrə İspaniyanın ikinci liqasında sonuncu – 42-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kordoba" da növbəti matçına çıxıb.

Futbolçumuzun klubu doğma meydanda "Almeriya" ilə qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb – 1:1. Millimizin düşərgəsinə qoşulduğu üçün Eddi bu görüşdə forma geyə bilməyib.

Qeyd edək ki, "Kordoba" çempionatı 65 xalla 22 komanda arasında 5-ci pillədə başa vurub. Lakin futbolçumuzun komandası üçün mövsüm hələ bitməyib. "Kordoba" "Ximnastik", "Jirona" və "Osasuna" ilə birgə pley-off oyunlarında elitaya yeganə vəsiqə uğrunda mübarizə aparacaq. İsrafilovun komandasını yarımfinalda "Jirona" ilə duel gözləyir. Bu komanda ilə ilk oyun iyunun 8-də, cavab görüşü isə 12-də olacaq. Final qarşılaşması isə 15-19 iyun tarixlərində keçiriləcək.

Shares: