Ötən gecə dünyanın yaşıl meydanlarında milli komandalar arasında daha bir neçə yoxlama oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən də gücünü sınaq matçında yoxlayanlar olub.
Almaniya Helzenkirhendə Macarıstanı qəbul edib. Hər hissədə bir dəfə fərqlənən "panzerlər" oyundan 2:0 hesablı qələbəylə ayrılıblar.
Millimizin digər rəqibi Şimali İrlandiya isə Slovakiya ilə qolsuz bərabərə qalıb.
Riyekada keçirilən Xorvatiya – San Marino oyununda "qol yağışı" olub. Xorvatlar “cırtdanlar”ı topa tutublar – 10:0.
Yoxlama oyunları
4 iyun
Almaniya – Macarıstan – 2:0
Qollar: Lanq, 39-öz qapısına. Müller, 63.
Slovakiya – Şimali İrlandiya – 0:0
Xorvatiya – San Marino – 10:0
Qollar: Pyaça, 21. Mancukiç, 24; 36; 38. Srna, 25. Perişiç, 40. Rakitiç, 51. Kaliniç, 59; 73; 84.