Ötən gün "Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, Vəli Qasımov 2016/2017-ci illər mövsümü üçün "Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə təsdiq olunub.

Bundan əlavə klubun növbəti mövsüm üçün büdcəsi detallı şəkildə müzakirə edilib. Amma büdcə ilə bağlı hansı qərarların qəbul edildiyi açıqlanmır.

Shares: