Kanada yığmasının 20 yaşlı yarımmüdafiəçisi Maykl Petrasso Avstriya toplanışı çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Şadam ki, əsas yığmamızda ilk oyunumu keçirdim. 14 yaşımdan bütün yığmalarda oynasam da, əsas komandada çıxış etməyi uşaqlıqdan arzulayırdım. Matça start heyətdə başlasam da, ikinci hissədə əvəzləndim. Amma debütümdən razı qaldım. Ümid edirəm ki, məşqçilər də mənim oyunumu bəyəndilər. Azərbaycanla oyunda biz daha çox taktikaya diqqət ayırmışdıq. Çünki sentyabrda bizi Honduras və Salvadorla oyunlar gözləyir. Bu, çox yaxşı təcrübə oldu. Ümid edirəm ki, əsas millidə çıxış etməyə davam edəcəyəm". (mlssoccer)