AÇ-2016-da iştirak edəcək yığmaların turnirdəki şansları dəyərləndirilib. Futbolinfo.az xəbər verir ki, İtaliya mətbuatında yer alan yazıda “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi haqda da bəhs edilib.
 
Həmkarlarımız Avropa çempionatının debütantı olan albanların şansının çox olmadığını bildiriblər. Onlar komandanın ilk növbədə, təcrübəsizlikdən əziyyət çəkəcəyini qeyd ediblər.
 
Maraqlıdı ki, Albaniya millisində yaxşı mənada cəmi 3 futbolçu fərqləndirilib ki, onlardan da biri məhz Aqollidi. İtaliyalılar bu millinin Lorikas Kana, Ansi Aqolli və Andi Lilanın yaxşı çıxışına ümid etdiyini yazıblar. Onlar bunu adıçəkilən futbolçuların yığmada 50-dən çox matç keçirməsi ilə əlaqələndiriblər: “Yalnız 3 nəfər – Kana, Aqolli və Lila millidə 50 oyun həddini keçib. Digərləri isə təcrübəsizdilər”.
 
Qeyd edək ki, Albaniya qitə birinciliyində ev sahibi Fransa, həmçinin Rumıniya və İsveçrə ilə birlikdə A qrupunda çıxış edəcək.
Shares: