Futbol üzrə Latviya birinci liqasında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Yekabpils"lə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb – 3:0. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək mübarizə aparıbsa, Orxan 65-ci dəqiqədə əvəzlənib. Oyunda hesabı da Əsgərov açıb. O, görüşün 42-ci dəqiqəsində penaltidən vurduğu qolla komandasının qələbəsinin təməlini qoyub.
Qeyd edək ki, geridə qalan turlarda 16 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.