Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ” klubu iki məşqçisi ilə yolları ayırır. Futbolinfo.az xəbər verir ki, söhbət köməkçi məşqçilər – Mixaylo Savka və Stepan Matveyevdən gedir.
Baş məşqçi Roman Qriqorçuk həmyerlilərinin işindən razıdı. Klub rəhbərliyi də ukraynalı çalışdırıcılarla əməkdaşlığı davam etdirməyə qarşı deyil. Lakin Savka və Matveyev "Qəbələ”dən ayrılmaq fikrindədilər.
Onlar Qriqorçukla söhbətdə ailələri ilə bağlı problemlərinin olduğunu bildiriblər.
Məlumatı əməkdaşımızla söhbətində "Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib: "Bəli, hər iki məşqçi ailə vəziyyətini əsas gətirərək, ayrılmaq istəyir. Artıq il yarımdı ki, Qəbələdə ailələrindən uzaq yaşayırlar. Buna görə də, ölkələrinə qayıtmaq istəyirlər. Komanda toplaşana qədər bu məsələyə tam aydınlıq gələcək”.
Qeyd edək ki, Savka və Matveyev "qırmızı-qaralar”a ötən ilin əvvəlində Qriqorçukla birlikdə gəlmişdi. (apasport.az)
&
“Qəbələ”də daha 2 ayrılıq
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ&rdqu...
Shares: