"Qəbələ” qapıçı Andrey Popoviçlə yollarını ayırıb. Futbolinfo.az klub saytına istinadla xəbər verir ki, 2015-ci ilin yayından “qırmızı-qara” forma geyinən 24 yaşlı futbolçu komandanın heyətində 1 mövsüm çıxış edib. 

Qolkiper 2015-2016-cı illər mövsümündə “Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb. Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. Andrey “qırmızı-qaralar”ın heyətində Topaz Premyer Liqasının bürünc mükafatını qazanıb.

“Qəbələ” İdman Klubu Andrey Popoviçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Shares: