Fransada təşkil olunmuş Avropa məktəbli turnirində final oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, turnirdəki təmsilçimiz – "Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası ilə eyni qrupda mübarizə aparmış Türkiyə və Bolqarıstan komandaları arasında keçirilən final qarşılaşmasının baş hakimi Ömər Paşayev olub.

Qarşılaşma isə Türkiyə komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan futbolçuları bu turnirdə sonuncu – 18-ci yeri tutublar.

Shares: