"Fənərbaxça" ilə müqaviləsinin müddəti başa çatan Bruno Alveşin yeni iş yeri bəlli olub. Futbolinfo.az xəbəb verir ki, müdafiəçi bundan sonra İtaliya çempionatında çıxış edəcək.
O, "Kalyari" ilə müqavilə bağlayıb. Alveşlə 2+1 illik saziş imzalanıb. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, 35 yaşlı müdafiəçi "Fənərbaxça"ya 2013-cü ildə "Zenit"dən transfer olunmuşdu.