"Qarabağ" klubu futbolçusu Cavid Tağıyevi "Kəpəz"ə buraxmayıb. 

Futbolinfo.az xəbər verir ki, bu barədə Gəncə komandasının baş məşqçisi Şahin Diniyev məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəkləri baş tutmayıb. Ağdam təmsilçisinin rəhbərliyi son anda C.Tağıyevi komandada saxlamağa qərar verib.

Qeyd edək ki, Cavid Tağıyev "Qarabağ"a iki il öncə AZAL-dan keçib. Bu gün futbolçunun doğulub boya-başa çatdığı Tovuzda toy mərasimi keçirilib. (Report)

Shares: