"İnter"də bütün problemlər qapı xətti ilə bağlı imiş. Hər halda, bakılıların karyerasını bitirən Elşən Poladovun ardınca digər iki qolkiperini də yola salıb, yeniləri ilə anlaşması belə deməyə əsas verir.

Futbolinfo.az xəbər verir ki, Kamran Ağayevi geri qaytardıqları Səlahət Ağayevlə əvəzləyən "İnter" daha bir qapıçı ilə anlaşıb. Yol üstdə olan Georgi Lomayanın yerinə Orxan Sadıqlı transfer edilib. "Xəzər Lənkəran"ın sabiq üzvü ikinci qapıçı olmağa razılaşıb və onunla anlaşma tezliklə rəsmiləşəcək.

Xatırladaq ki, 4-ü "Sumqayıt"dan olmaqla 8 futbolçunu heyətinə qatan "İnter" əcnəbilərdən yalnız Adrian Skarlatake ilə anlaşıb. Gənc yetirmələri ilə müqavilə müddətini artıran klub ümidi doğrultmayanlarla vidalaşıb.

Shares: