Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilir. Futbolinfo.az xəbər verir ki, bu, İK-nın mart seçkilərindən sonrakı ilk iclasıdır.

AFFA iclasda müzakirə olunacaq məsələlərlə bağlı heç bir açıqlama yaymayıb. Amma böyük ehtimalla İK növbəti mövsüm Premyer Liqada neçə klubun çıxış edəcəyi barədə qərarlar qəbul edəcək.

Shares: