“Ayntraxt” rəhbərliyi azərbaycanlı qapıçı Emil Balayevə əvəzləyici tapıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Frankfurt təmsilçisi Balayevin gedişindən sonra yaranan boşluğu 19 yaşlı qolkiperlə doldurub.
 
Belə ki, “Ayntraxt” Almaniyanın U-19 yığmasına da çağırılan Leon Batqe ilə müqavilə imzalayıb. Kumiri əfsanəvi qolkiper Oliver Kan olduğu üçün “gələcəyin Kanı” adlandırılan Batqe bu keçiddən məmnun olduğunu və əlinə düşən şansdan maksimum istifadə edəcəyini bildirib. “Ayntraxt”ın idman direktoru Bruno Hübner isə Batqenin transferinin faydalı olacağını qeyd edib: “Leon istedadlı qapıçıdı, o, artıq özünü U-19-da sübuta yetirib”.
 
Almaniya təmsilçisindən göndərilən Emil Balayevin isə karyerasını harada davam etdirəcəyi hələ müəyyənləşməyib. Gənc çərçivə qoruyucusu hazırda yeni klub axtarışındadı. Onun Almaniyada qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcək.
 
Qeyd edək ki, 2015-ci ilin yanvarında “Ayntraxt”a keçmiş Balayev Bundesliqada debüt şansı əldə etmədi.
Shares: