Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, gözlənildiyi kimi, iclasda Premyer Liqanın növbəti mövsüm neçə klubla keçirilməsi də müzakirə olunub.

Bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev də təsdiqləyib. Onun sözlərinə görə, 8 klubdan əlavə hansısa komandaya lisenziya verilməsi barədə qərar qəbul olunmayıb. Vəziyyət dəyişilməz olaraq qalır. Amma İK iyunun 13-də yenidən bir araya gələrək, bu məsələyə təkrar baxmağı qərara alıb.

Shares: