Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

5 iyun 2016-cı il Azərbaycan Həvəskarlar çempionatının “Qaraçuxur” – “Sabunçu” matçının 78-ci dəqiqəsində “Qaraçuxur”un futbolçusu Əli Quliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalanıb. Oyunun 78-ci dəqiqəsində “Sabunçu”nun futbolçusu Adedevi Ademoca aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb.

5 iyun 2016-cı il Azərbaycan Həvəskarlar liqasının “Qobustan” FK – “Tufan” matçında “Tufan” komandası meydançanın örtüyünün yararsız olmasını bəhanə gətirərək meydançaya çıxmaqdan imtina edib. Oyunun baş hakimi oyunu keçirmək üçün meydançanın vəziyyətinin əlverişli olduğunu qeyd edib. Buna qədər bir neçə yarışın oyunlarının keçirildiyini, eyni zamanda “Qobustan” komandasının bütün ev oyunlarını bu stadionda keçirməsini nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

“Tufan” komandası meydana çıxmaqdan imtina etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Shares: