Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2016-2017-ci il mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərar İcraiyyə Komitəsinin 13 iyun 2016-cı il tarixində keçiriləcək iclasında qəbul olunsun. AFFA, PFL və Lisenziyalaşdırma Qrupu I Diviziondan idman prinsiplərinə uyğun olaraq Premyer Liqaya yüksəlmək ehtimalı olan klubların vəziyyəti ilə bağlı iyunun 13-dək araşdırma aparıb İcraiyyə Komitəsinə təqdim etsin.

2. Rafiq Mirzəyevin U-17 Azərbaycan yığmasının, Mirbağır İsayevin U-16 Azərbaycan yığmasının, Milton Luiz Ziller Juniorun futzal üzrə Azərbaycan milli komandasının, Zeynal Zeynalovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatı təsdiq olunsun.

2 - Futbolinfo.az

1 - Futbolinfo.az

3 - Futbolinfo.az

4 - Futbolinfo.az

5 - Futbolinfo.az

7 - Futbolinfo.az

6 - Futbolinfo.az

8 - Futbolinfo.az

10 - Futbolinfo.az

Shares: