Azərbaycan çempionu “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi 2 klubun adı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, iyunun 25-də ilk matçına çıxacaq Ağdam təmsilçisi yerli “Vaker İnsbruk”la üz-üzə gələcək.
Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi ilə hazırlıq keçəcəyi kompleksin meydançasında qarşılaşacaq.
“Qarabağ”ın 2-ci hazırlıq qarşılaşması iyunun 28-nə təsadüf edəcək. Komanda Rusiya Premyer Liqasının vitse-çempionu və bu ölkəni Çempionlar Liqasında təmsil edəcək “Rostov”la gücünü yoxlayacaq.
Komandanın son 2 hazırlıq matçı müvafiq olaraq, iyulun 1-nə və 5-nə planlaşdırılıb.
Qeyd edək ki, hazırda istirahətdə olan “Qarabağ” yeni mövsümün hazırlıqları üçün iyunun 16-sı bir araya gələcək və Avstriyada təlim-məşq toplanışı keçəcək.