“Turan Tovuz”un hazırda yeganə problemi maliyyə şərtlərinə əməl edə bilməməsidi. Amma bunu da həftə ərzində yoluna qoyacağımızı düşünürəm”. Futbolinfo.az xəbər verir ki, bunu apasport.az saytına “Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında 2016/2017 mövsümündə Premyer Liqada iştirak edəcək komandaların sayı məsələsi müzakirə edilib. 8 komandanın – “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt”ın lisenziya şərtlərinə cavab verdiyi və hələlik yalnız bu klubların elitada oynayacaqlarının dəqiqləşdiyi açıqlanıb. Amma yüksək dəstədə iştirak etmək istəyən digər komandalara bir həftə vaxt verilib.
Oqtay Abdullayev problemi həll etmək üçün bu müddətin onlar üçün yetərli olduğunu düşünür. O, “Turan Tovuz”un elitada oynamaq şansını da yüksək qiymətləndirib: “Bir iş adamı ilə danışığımız olub. O, komandanı himayəyə götürəcəyinə söz verib. Sabah və ya birisi gün həmin şəxslə bir daha görüşüb, maliyyə məsələsinə aydınlıq gətirəcəm. Biz ötən mövsüm I divizionda ilk iki yeri tutmadığımız üçün birbaşa müraciət edə bilməzdik. Ancaq yenə də lisenziya ilə bağlı bütün sənədləri hazırlamışıq. Yalnız maliyyə öhdəlikləri qalır. Ümid edirəm ki, bunu da 1-2 günə yoluna qoyub, sənədləri AFFA-ya təqdim edəcəm. Hazırkı məqamda “Turan Tovuz”un Premyer Liqada iştirak şansını 70 faiz dəyərləndirərdim”.
Qeyd edək ki, İcraiyyə Komitəsi iyunun 13-də yenidən bir araya gələrək, bu məsələyə təkrar baxacaq.
“Turan Tovuz”un hazırda yeganə problemi maliyyə şərtlərinə əməl edə bilməməsidi. Amma bunu da həftə ərzində yoluna qoyacağımızı düşünürəm”. Bunu apasport.az saytına “Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.