Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi”də susqunluq davam edir. Baş məşqçi Vəli Qasımovun postunda qalacağı dəqiqləşsə də, heyətlə bağlı suallar aşıq qalır.
 
Bakılıların əksər legionerlərini yola salacağı gözlənilsə də, bu barədə rəsmi qərar yoxdu. Amma “Futbolinfo”nun əldə etdiyi məlumata görə, rəhbərlik boş dayanmır, bir sıra futbolçuyla danışıq aparır. Amma transferlərin rəsmiləşməsi iyunun 10-dan sonra mümkün olacaq. Klub məhz toplanış başlayarkən kimlərlə vidalaşdığını, kimləri heyətə qatdığını açıqlayacaq.
 
Ancaq indidən 2 legionerin “Neftçi” formasını geyməyəcəyini deyə bilərik. Paraqvaylı Erik Ramos bitən müqaviləsini yeniləməyəcəyini hələ xeyli öncədən bəyan etmişdi və onun ölkəmizlə hansısa bağlılığı qalmayıb. Digər belə bir futbolçu isə Salas Quinta Antoniodu. Anyete kimi tanıdığımız ispan da Bakıya qayıtmayacaq. Ümidləri doğrultmayan yarımmüdafiəçi ilə yolların ayrılması qərara alınıb.
 
“Neftçi” bu iki oyunçunu əcnəbi ilə əvəzləmək istəyir. Digər transferlərin kimlər olacağı isə büdcədən, eləcə də gedənlərin və qalanların kimlər olacağı dəqiqləşəndən sonra bilinəcək.
Shares: