"Sumqayıt" Futbol Klubu Amil Yunanovdan sonra daha bir üzvünü heyətdə saxlayıb. Futbolinfo.az xəbər verir ki, qapıçı Tərlan Əhmədli klubla daha bir illik sazişə imza atıb.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Tərlan Əhmədli 2015/2016 mövsümündə "Sumqayıt" FK-nın heyətində 9 qarşılaşmada 689 dəqiqə meydanda olub.