“Pünik” klubunun müdafiəçisi Varazdat Aroyanın karyerasını İran çempionatında davam etdirmək arzusu ürəyində qalıb. Futbolinfo.az xəbər verir ki, buna azərbaycanlı azarkeşlər mane olub.
Belə ki, “Traktorsazi” ölkəsinin yığma komandasının da formasını geyinən Aroyanı heyətinə qatmağa çox yaxın olsa da, son anda bu keçid təxirə salınıb. Təbrizi təmsil edən klubun erməni futbolçunu transfer etməsinin qarşısını “Traktorsazi”nin əksəriyyəti azərbaycanlı olan azarkeşləri kəsib.
Məlumatı klubun prezidenti Mostafa Adjorlu da təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl “Traktorsazi” klubunun rəsmi saytı Aroyanla 2 illik müqavilənin imzalanması ilə bağlı xəbər yaymışdı.