“Çempionatda komandaların sayının 8-ə endirilməsi ilə yığmaya futbolçu seçimi azalacaq. Bu, yazılmamış qanundu”. Futbolinfo.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqasının 2016/2017 mövsümündə neçə komandanın iştirak etməsi məsələsi müzakirə olunub. Qərara alınıb ki, lisenziya problemi olan komandalara daha 1 həftə vaxt verilsin. Əgər həmin müddətdə də problem yoluna qoyulmasa, ölkə çempionatının növbəti mövsümü 8 komanda, 4 dövrəli sistem üzrə keçiriləcək.
Bununla bağlı münasibət bildirən Ağasəlim Mircavadov Premyer Liqadakı komandaların sayının bir qədər də azaldılmasının futbolumuza ziyan verəcəyini bildirib: “Əvvəl Premyer Liqada 1 mövsüm ərzində 36 oyun keçirilirdisə, indi matçların sayı 28 olacaq. Bu da oyun praktikasının azlığına gətirib çıxaracaq. Yəni çempionatda komandaların sayının azalmasının zərəri həddindən artıq olacaq. Bu, baş versə, deməli, daha bir neçə məşqçi işsiz qalacaq. Qısası, futbolumuza hərtərəfli ziyan dəyəcək. Azərbaycanda heç vaxt belə şey olmamışdı. Çempionatı 24 komanda ilə başlamışdıq, illər keçdikcə klubların sayı azalmağa başladı. Bunun da səbəbi məlumdu. Maliyyənin olmaması klublara təsirini göstərir”.
Mircavadov bölgə klublarına güzəşt edilməsinin faydalı olacağını düşünür: “Bölgə klublarının sayı bir qədər də azalacaq. “Xəzər Lənkəran”ın əsas komandasının fəaliyyətini dayandırmasını nəzərdə tuturam. Bu, futbolumuza böyük ziyandı. İstərdim ki, güzəşt olunacaqsa, bölgə klublarına edilsin. “Xəzər Lənkəran” çempionata qayıtmalıdı. Zaqatalanın təmsilçisi də Premyer Liqada iştirak etməlidi, çünki orda stadion var. “Turan Tovuz”un da adını çəkə bilərəm. Özünüz də gördünüz ki, “Kəpəz” elitaya qayıtmaqla, çempionata əlavə rəng qatdı”.