Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak millimizin düşərgəsini tərk edən kimi, Türkiyəyə qayıtmışdı. Futbolinfo.az xəbər verir ki, son mövsümü "Qaziantep BB" klubunda keçirən futbolçunun "Kayserispor"a keçidi gündəmdə idi.
 
Bu klubdan təklif alan millimizin üzvü Kayseriyə yollanıb. O, transferi müzakirə etmək üçün həm klub rəhbərliyi, həm də baş məşqçi Hakan Kutlu ilə görüşüb. Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi bildirilir. Türkiyə mətbuatı yaxın günlərdə rəsmi müqavilənin imzalanacağını bildirir.
Shares: