“Qarabağ”ın yarımmüdafiəçisi Cavid Tağıyev daha bir klubdan təklif alıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, “Kəpəz”in ardınca “Sumqayıt” da 24 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdı.
 
Məlumatı əməkdaşımızla söhbətində “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasov da təsdiqləyib. Bununla belə, o, Tağıyevi transfer etməyin çətin olduğunu vurğulayıb: “Daxili bazarda maraqlandığımız tək-tük oyunçulardan biri Caviddi. Həqiqətən də, Tağıyevi heyətimizə qatmaq istəyirik. Lakin şəxsən mən “Qarabağ”ın onu buraxacağına inanmıram”.  
 
Bir müddət öncə “Kəpəz” Tağıyevi icarəyə götürmək istəsə də, “Qarabağ” rəhbərliyi buna imkan verməmişdi.
 
Qeyd edək ki, yay fasiləsində Arif Daşdəmirovu transfer edən Ağdam klubu Fərhad Vəliyev, Tərlan Quliyev və Samuel Armenterosla yolları ayırıb. 
Shares: