Premyer Liqanın son mövsümünü 7-ci pillədə başa vuran AZAL bu gün istirahətə son qoyur. Futbolinfo.az xəbər verir ki, bu gündən etibarən "təyyarəçilər"in məşqçilər heyəti və ofis əməkdaşları istirahətlərini başa vuraraq, işinə qayıdıblar. Bundan başqa, əvəzedicilər və aşağı yaş qrupları üzrə komandalar gələn həftədən fəaliyyətlərini bərpa edəcəklər. 

Artıq müqaviləsi başa çatacaq bəzi futbolçuların aqibətinə böyük ölçüdə aydınlıq gəlib. Bir neçə gün əvvəl Nuqzar Kvirtiyanın daha 1 il Şüvəlan təmsilçisində olacağı deyilirdisə, gürcü yarımmüdafiəçidən başqa, Tagim Novruzov, Emin Cəfərquliyev və Rail Məlikovla da yeni müqavilələr bağlanılacaq. 

Əvəzində Tərlan Xəlilov və Əfqan Poladlının böyük ehtimalla, xidmətinə ehtiyac duyulmayacaq və bu oyunçularla yollar ayrılacaq. Aydın Qasımov, Stanislav Namaşko və Aleksandr Qurulinin isə müqəddəratına aydınlıq gəlməyib.

Shares: