Yaponiyada təşkil olunan "Kirin Cup" turnirinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, final oyununda meydan sahibi Yaponiya ilə Bosniya-Herseqovina yığması qarşılaşıb.
Hesabı yaponlar açsa da, bosniyalılar qalan dəqiqələrdə iki qol vuraraq, əzmkar qələbə qazanıblar – 2:1.
Qeyd edək ki, bosniyalıların qapısını ilk dəqiqələrdən sonadək "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qoruyub.