"Qarabağ"ın qapıçısı Fərhad Vəliyevin bu komandanın sıralarını tərk edərək "Sumqayıt"la müqavilə bağladığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, 2006-cı ildən etibarən 9 il müddətində Ağdam klubunda tər tökən Vəliyev "Qarabağ"ın qazandığı uğurlarda pay sahibi olub.
Qolkiper bu komandadan ayrılması ilə bağlı Ağdam klubunun rəsmi saytına açıqlama verib:
"Təbii ki, 9 ildir oynadığım komandadan ayrılmaq mənim üçün üzücüdür. Bura mənə ailəm kimidir. Nə vaxtsa, yenidən məşqçi kimi də olsa da, "Qarabağ"a qayıtmaq istəyirəm. Bu 9 il karyeramın ən yaxşı vaxtlarıydı. Hər zaman klub rəhbərliyi, baş məşqçimiz Qurban müəllim öz dəstəyini verib. Daha bir-iki il karyeramı davam etdirmək fikrindəyəm. Bir daha vurğulayım, nə vaxtsa yenidən "Qarabağ"a qayıtmağı planlaşdırıram. Daim "Qarabağ"ın uğur qazanmasını arzulayacağam".