Xəbər verdiyimiz kimi, Yaponiyada milli komandalar arasında ənənəvi “Kirin kuboku” turnirinə yekun vurulub.  Futbolinfo.az xəbər verir ki, yarışın qalibi adını Bosniya və Herseqovina millisini qazanıb.
 
Yarımfinalda Danimarkanı mübarizədən kənarlaşdıran bosniyalılar həlledici görüşdə Yaponiya ilə üz-üzə gəliblər. Qarşılaşmada hesabı yaponiyalılar açsalar da, Bosniya və Herseqovina yığması ruhdan düşməyərək, sonrakı dəqiqələrdə 2 qol vuraraq, turnirin qalibi adını qazanıb.
 
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç ötən matçda olduğu kimi, yenə Bosniya və Herseqovinanın start heyətində meydanında çıxıb. Oyunu əvəzlənmədən keçirən təcrübəli qolkiper 2016-cı ildə Azərbaycan çempionluğu və ölkə kubokundakı qalibiyyətdən sonra növbəti uğuruna imza atıb.
Həmin oyunun videoicmalını təqdim edirik:

Shares: