Ötən gecə dünyanın yaşıl meydanlarında növbəti yoxlama oyunları baş tutub. Futbolinfo.az xəbər verir ki, Yaponiyada baş tutan "Kirin Kuboku" çərçivəsində baş tutan üçüncü yer uğrunda oyunda Danimarka Bolqarıstanı darmadağın edibsə, "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin komandası – Bosniya və Herseqovina meydan sahibi Yaponiyaya qalib gəlib.
Sırf yoxlama xarakterli görüşlərə gəlincə, Qazaxıstan Çini, Kanada Özbəkistanı, Yunanıstan Avstraliyanı məğlub edib. İran Qırğızıstana 6 cavabsız qolla qalib gəlib. Gecənin ən sürpriz nəticəsi isə İspaniya – Gürcüstan görüşündə qeydə alınıb. Qonşu ölkənin yığma komandası güclü İspaniya millisinə minimal hesabla qalib gəlib.
Yoxlama oyunları
7 iyun
Danimarka – Bolqarıstan – 4:0
Yaponiya – Bosniya-Herseqovina – 1:2
Avstraliya – Yunanıstan – 1:2
Çin – Qazaxıstan – 0:1
Kanada – Özbəkistan – 2:1
İran – Qırğızıstan – 6:0
İspaniya – Gürcüstan – 0:1