Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsinin ilk oyununda sabah Bakıda "Qəbələ"nin qonağı olacaq Gürcüstan "Samtredia"sının baş məşqçisi Giya Tsetsadze mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

– Hamını salamlayıram. Belə komanda ilə qarşılaşacağımıza görə şadam. Şanslar bərabərdi. Qalanı isə sabahkı oyunda bəlli olacaq.

– Narahat görünürsünüz. Bu, sabahkı oyunla əlaqədar deyil?
– Xeyr, çox sakitəm.

– "Qəbələ"ni lazımınca öyrənə bilmisinizmi? Hansı oyunlarını izləmisiniz?
– Bəli, bir neç oyunu izləmişik. Analiz etmişik.

– Komandanın zəif nöqtələrini izləmisiniz?
– Bəli, amma deyə bilmərəm. 

– Sabahkı oyunda hansı nəticə sizi qane edir?
– Sabahkı oyunda qələbə qazansaq, daha yaxşı olardı. Həmişə qalibiyyət üçün mübarizə apararırıq.

Shares: