Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsinin ilk oyununda sabah Bakıda "Qəbələ"nin qonağı olacaq Gürcüstan "Samtredia"sının kapitanı Georgi Tatunaşvili sabahkı oyunla bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Bilirik ki, "Qəbələ" çox yaxşı komandadı. Çalışacağıq ki, sabah qalib gələk. Bu, Bakıya ilk səfərim deyil. İlk dəfə 2014-cü ildə "Çixura"nın heyətində "Neftçi"yə qarşı mübarizə aparmışam".
Shares: