Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qəbələ"nin qonağı olacaq "Samtredia"nın rəhbər şəxsləri arasında tanınmış sima da var. Futbolinfo.az xəbər verir ki, söhbət Gürcüstan yığmasının və İtaliya "Milan"ının sabiq müdafiəçisi, hazırda isə ölkəsində Baş nazirin müavini, Energetika naziri Kaxa Kaladzenin atası – Karlo Kaladzedən gedir.

"Samtredia"nın fəxri prezienti olan nazir atası əvvəllər elə bu klubun futbolçusu, az sonra isə kapitanı olub. Futbolçu karyerasını bitirdikdən sonra doğma komandasında direktor vəzifəsini tutub. Ata-Kaladzeyə "Samtredia"nın prezidenti olmaq da nəsib olub. Karlo Kaladze işinin çoxluğunu əsas gətirərək saytımızın suallarını cavablandırmaqdan boyun qaçırdı.

Shares: