Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə Gürcüstanın "Samtrediya" klubunu qəbul edəcək.
Gürcüstan təmsilçisi bu saatlarda oyunun keçiriləcəyi 8-ci km stadionunda oyunqabağı son məşqini keçirir. Çalışmaların ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq keçib.
Yeri gəlmişkən, gürcülər Bakıya heç də tam hazırlıqlı gəlməyiblər. Belə ki, qonaq komanda "Qəbələ" rəsmilərindən məşq ləvazimatları təşkil etməsini istəyib. Lakin bu ləvazimatlardan stadionda olmadığına görə, gürcülərin xahişini yerinə yetirmək mümkün olmayıb.