Avropa çempionatında azarkeşlərin ən çox simpatiya bəslədiyi komanda olan İtaliya yığması ciddi itkilərlə üzləşib. Futbolinfo.az xəbər verir ki, 1/4 final mərhələsi öncəsi “Skuadra Adzurra”nın daha bir aparıcı üzvü sıradan çıxıb.
Bu, yarımmüdafiəçi Daniele de Rossidi. Zədədən əziyyət çəkən komandanın “beyni” hələ də məşqlərdə iştirak edə bilmir. De Rossinin iyulun 2-də Almaniya ilə qarşılaşmada meydana çıxmayacağı artıq dəqiqləşib.
Ondan əvvəl isə digər yarımmüdafiəçi Antonio Kandrevanın da prinsipial görüşü buraxacağı açıqlanmışdı.