Avropa Liqasındakı təmsilçimiz “Neftçi”nin I təsnifat mərhələsindəki cavab görüşünün hakimləri bəlli olub. Futbolinfo.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, təmsilçimizin “Baltsan”la Bakıda keçirəcəyi qarşılaşma üçün UEFA ukraynalı hakimlər briqadasını göndərəcək.
 
Belə ki, matçın baş hakimi funksiyasını Yaroslav Kozik yerinə yetirəcək. Ona Yevgeni Xalamendik və Viktor Matyaş kömək edəcəklər. Oyunun 4-cü hakimi isə Nikolay Balakin olacaq.
 
Qeyd edək ki, “Neftçi” – “Baltsan” görüşü iyulun 7-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.
Shares: