AÇ-2016-nın 1/4 final mərhələsinin Almaniya – İtaliya matçının hakimləri müəyyənləşib. Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş macarıstanlı hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmanın baş hakimi funksiyasını Viktor Kaşşai yerinə yetirəcək. Ona Qyorqi Rinq və Vençel Töt kömək edəcəklər. Dördüncü hakim kimi isə Simon Marçinyaka təyinat verilib.
Oyunun əlavə köməkçi hakimləri Tamas Boqnar və Adam Farkaş olacaq.
Qeyd edək ki, iyulun 2-də keçiriləcək Almaniya – İtaliya matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.