Millimizin müdafiəçisi Ufuk Budakın yeni iş yeri rəsmən bəlli olub. Futbolinfo.az xəbər verir ki, müdafiəçi Türkiyə Super Liqasında çıxış edəcək.

O, "Kayserispor"la münasibətləri rəsmiləşdirib. "Sarı-qırmızılılar" Ufukla yanaşı Anıl Karaer və Kolibay Sönməzlə də rəsmi müqavilə imzalayıb.

Qeyd edək ki, Ufukun son komandası Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan “Qaziantep BB” olub.

Shares: