Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunları çərçivəsində "Qəbələ" evdə Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, oyuna bilet satışı davam edir. 

Klubunun media və marketinq departamentinin rəhbəri Səməd Nəsibovdan aldığımız məlumata görə, bu dəqiqələrə kimi təxminən 4 min bilet satılıb. Oyunun startına kimi bu rəqəmin artacağı gözlənilir. Bundan başqa, 400 azarkeş də Qəbələdən gəlib, "qırmızı-qaralar"ı dəstəkləyəcək. 

"Samtredia" isə bu oyunda dəstəksiz qalacaq. Çünki komandanı hansısa fan-klub dəstəkləməyəcək. Yalnız 50-yə yaxın rəsmi şəxsin matçı izləməsi ehtimalı var.

Qeyd edək ki, sözügedən matç 8 km qəsəbə stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Shares: