“Barselona”nın hücumçusu Neymarın karyerasını hansı komandada davam etdirəcəyi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bunu Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu açıqlayıb.
 
Yerli mətbuata danışan prezident PSJ-nin maraq dairəsində olan braziliyalı futbolçunun komanda ilə yeni müqavilə imzalayacağını söyləyib: “Neymarla yeni müqavilə məsələsini razılaşdırdıq. Nə biz onun getməsini istəyirik, nə də o burdan ayrılmaq. Futbolçu “Barsa”da xoşbəxt olduğunu deyib. Neymar yaxın günlərdə klubumuzla yeni 5 illik müqavilə imzalayacaq”.
 
Qeyd edək ki, hazırkı anlaşması 2018-ci ilin yayına qədər olan Neymar yeni müqavilə bağladıqdan sonra “Barselona”da Lionel Messidən sonra ən çox maaş alan futbolçu olacaq.

Shares: